İyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyində “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” konfransının iştirakçılarına və təşkilatçılarına diplomların təqdimetmə mərasimi keçirilmişdir. Əvvəlcə 2025-ci ilin dekabrında Bakıda keçirilmiş “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” beynəlxalq konfransına həsr edilmiş videoçarx nümayiş olundu.
Daha sonra çıxış edən Akademik Yusuf Məmmədəliyev Fondunun icraçı direktoru Ramil Abbəkirov beynəlxalq konfransın əsas nəticələrindən, dünya şöhrətli Azərbaycan aliminin elmi irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində yeni layihələrdən danışdı. Mərasimdə çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Akademik Yusuf Məmmədəliyev Fondunun prezidenti Sevda Məmmədəliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətini vurğuladılar, yubiley çərçivəsində təşkil olunan tədbirlərin alimin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsi üçün yeni imkanlar açıldığını bildirdilər.
Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov 2025-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında nəşr olunan “Yusuf Məmmədəliyev irsi” kataloqu haqqında mərasim iştirakçılarına məlumat verdi. Mərasimin sonunda akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinin təşkilində və keçirilməsində əməyi olmuş şəxslərə diplomlar təqdim edildi. Təltif olunanlar arasında muzeyin direktoru, akademik Nailə Vəlixanlı da var idi.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.