Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada aldıqdan sonra 1999–2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002–2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən müharibəsi zamanı mayor Rahib Babayev Murovdağ istiqamətində gedən döyüşlərdə “Canavar” postunun alınmasında iştirak edib və sentyabrın 30-da şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Rahib Babayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, medalları ilə təltif olunub.
Şəhid Rahib Babayevin şəxsi əşyaları (qol saatı və bir ədəd fotoşəkil) muzeyin Vətən Müharibəsi fondunda mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.