Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) kitabı qorunur. Kitabda XIX əsrin ikinci yarısında iri kapitalın daxil olması ilə Bakı neft sənayesində baş verən proseslər təsvir edilir ki, bu da neft hasilatı texnologiyalarının təkmilləşdirilməsinə və ümumi iqtisadi artıma səbəb olmuşdur. Müəllif həmçinin Rusiya neft sənayeçilərinin dünya neft bazarlarında rəqabət qabiliyyəti ilə bağlı məsələləri araşdırıır. Nəşr XIX əsrin ikinci yarısında Azərbaycanın neft sənayesinin tarixini araşdıran tədqiqatçıları və Azərbaycan tarixini öyrənən geniş oxucu kütləsi üçün dəyərli mənbə kimi maraq doğurur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.