XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Aprel, 2013
Çexiyalı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olmuşlar

Çexiyalı qonaqlarÇexiya Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.


Qonaqlara bildirilmişdir ki, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır.
Burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Hazırda 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Xüsusi olaraq qonaqların diqqətinə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.
Qonaqlar Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişlər.