Milli Azərbaycan Tarixi Muzeyinin hazırladığı yeni nəşr – “XIX əsr- XX əsrin I yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri” adlı məqalələr toplusu işıq üzü görmüşdür. Toplu Azərbaycanda maarifin inkişafı, görkəmli maarifçilərin fəaliyyətinə dair məqalələrdən ibarətdir.
Toplunun digər bu mövzuda olan kitab, monoqrafiya və məqalələrdən fərqləndirən cəhət – müəlliflərin iş prosesində Muzeyin zəngin kolleksiyasında qorunan, indiyənədək geniş ictimaiyyətə və elmi dairələrə az məlum olan tarixi materiallardan istifadə etməsidir.
Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan topluya ön sözü Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov yazmışdır. Toplu üzərində iş prosesində müəlliflər kollektivinə əhəmiyyətli köməyi Azərbycan təhsil tarixinin görkəmli tədqiqatçısı professor Ədalət Tahirzadə göstərmişdir. Topluya “Maarif fədaisi Həbib bəy Mahmudbəyov”, “Rəşid bəy Əfəndiyev – maarifçi, yazıçı, pedaqoq”, “Bir daha Mərdəkan bağçılıq məktəbinin tarixi haqqında”, “Azərbaycanda Müqəddəs Nina məktəbinin tarixindən”, “XIX əsrin ikinci yarısı- XX əsrin əvvəllərində Lənkəran qəzasında maarif işi”, “Azərbaycanda qadın maarifçiliyi tarixindən”, ““Füyüzat” jurnalında islami maarifçiliyə baxış”, “...Əla şagird olmuş və əla pedaqoq olacaq”, “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif sahəsində tədbirlərinə dair”, “Heydər Verdiyev – pedaqoq və məktəb təhsilinin təşkilatçısı”, “Maarifçi və alim Davud Şərifovun portretinə dair bəzi ştrixlər” adlı azərbaycan və rus dillərində məqalələr daxil edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyində məqalələr toplusunun geniş təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.