Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın paytaxtı Bakının erməni- bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş sərgiyə hazırlıq işləri tamamlanmaq üzrədir.
1918-ci il sentyabrın 15-də general Nuru paşanın rəhbərlik etdiyi türk və azərbaycan hərbi hissələrindən ibarət olan Qafqaz İslam Ordusu Bakını düşmən qüvvələrdən azad etmişdir. 1917-ci ildə Rusiya imperiyasının parçalanması şəraitində Azərbaycan xalqı öz milli dövlətçiliyini bərpa etmək üçün real şans qazanmışdır. Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan qüvvələr – ilk növbədə erməni şovinistləri və onalar havadarlıq edən bolşeviklər, bütün vasitələrə, o cümlədən soyqırıma belə əl atmış, 1918-ci ilin mart-aprel aylarında 50 mindən artıq azərbaycanlını məhv etmişlər. Bakıda möhkəmlənən, sovet Rusiyasının lideri V.Leninin birbaşa göstərişləri ilə bütün lazım olanlarla təhciz edilən, S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni-bolşevik qoşunları ilə şərqdən, qatı erməni millətçisi, minlərlə türk və azərbaycanlı dinc sakinlərin qanına bais olmuş Andronikin qoşunları isə qərbdən hücuma keşmişdilər. Belə şəraitdə, hətta Azərbaycan xalqının fiziki mövcudluğu sual altına alınmışdır! 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Cümhuriyyətinin ilk addımları Azərbaycan xalqını qırğından qurtarmaq, öz milli dövlətini yaratmağa yönəlmişdir. Bir tərəfdən Müsəlman Korpusu adı ilə azərbaycan hərbi hissələri yaradılır, digər tərəfdən güclü düşmənlərlə mübarizədə kömək edə biləcək tərəfdaş, müttəfiq axtarılırdı. Belə ağır şəraitdə Azərbaycan xalqının kömyinə qardaş türk xalqı gəldi. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycana Nuru paşanın rəhbərliyi ilə türk qoşunları yeridildi, yerli hərbi hissələrlə birləşərək düşmənə qarşı mübarizəyə başladı. Iyun- sentyabr aylarında baş vermiş ağır döyüşlərdə əvvəlcə erməni- bolşevik, daha sonra Sentrokaspi Diktaturası, nəhayət erməni- ingilis qoşunları məğlub edildi. Sentyabrın 15-də Bakı şəhəri düşmənlərdən azad edildi.
Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslan Ordusunun ağır, lakin şərəfli, xilaskar yürüşünü əks etdirən eksponatlar mövcuddur. Bu eksponatlar istər siyasi hadisələrin gedişatı, istərsə də hərbi əməliyyatları əyani surətdə nümayiş etdirməyə imkan verir. 100-ə yaxın eksponat, 20-ə yaxın məlumat stendləri, müvafiq fotoşəkillər, manekenlər, maketlər, rəsm əsərləri tamaşaçıya o dövrün hadisələrini tam təsəvvür etməyə imkan verir.
Sərginin təşkilində Türkiyə Cumhürriyətinin Azərbaycan Respublikasındakı səfirliyinin, Yunus Əmra adına Türk Mədəniyyət Mərkəzinin, eləcə də “Qafqaz” Universitetinin professoru Mehmet Rıhtımın Muzeyə kömək edəcəkləri gözlənilir.
Bir ay ərzində davam edəcək sərgiyə giriş pulsuz olacaq. Sərginin açılış günü barəsində əlavə məlumat veriləcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.