XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Aprel, 2014
Akademik Nailə xanım Vəlixanlı AMEA Milli Azərbaycan Tarixi Muzeyinin növbəti beş il müddətinə direktoru vəzifəsinə təsdiq edildi

Akademik Nailə xanım Vəlixanlı AMEA Rəyasət Heyəti akademiyanın bir sıra elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Bununla bağlı AMEA-nın bölmələri üzrə ümumi yığıncaqlarda direktor vəzifələrinə seçkilər keçirilmişdir.


AMEA Rəyasət Heyətinin 09.04.2014-cü il tarixində keçirilmiş iclasında seçkilərin nəticələri nəzərə alınaraq akademik Nailə xanım Vəlixanlı AMEA Milli Azərbaycan Tarixi Muzeyinin növbəti beş il müddətinə direktoru vəzifəsinə təsdiq olunmuşdur.