Rauf Süleymanov Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində neftçi ailəsində dünyaya gəlmişdir. 1994-2005-ci illərdə orta təhsil almışdır. 2007-ci ildə Bərdə rayonunda, Daxili Qoşunlarda hərbi xidmət keçmiş, sonra həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə müddətdənkənar maxe-snayperçi vəzifəsində işləmişdir. 2011-ci ildə Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində iş fəaliyyətini davam etdirmişdir. Sonralar çavuş, baş çavuş vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildə Türkiyənin Foça şəhərində atış üzrə təlim keçmiş və yüksək dərəcəli setifikatla təltif olunmuşdur. 2020-ci ildə baş gizir vəzifəsinə təyin edilmişdir. II Qarabağ müharibəsi başlayanda döyüşə yollanmış və oktyabr ayının 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.Şəhid Rauf Süleymanovun materiallarını Muzeyə şəhidin yaxın qohumu, Muzeyin fond mühafizi Mehriban Mehdiyeva təhvil vermişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.