Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Muzeyin Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva qadın əməkdaşları təbrik edib, onlara can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıblar. Nailə xanım qeyd edib ki, Azərbaycan elminin inkişafında qadınların rolu böyükdür. Muzeyin çoxluq təşkil edən qadın əməkdaşları öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Muzeyin fəaliyyətində, əldə etdiyi uğurlarda onların zəhməti, əməyi danılmazdır. Qadınlar tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini demişlər və milli maraqlara söykənən mövqelərini nümayiş etdirmişlər.
Muzeyin Həmkarlar Təşkilatının üzvləri və sədri İnarə Muradəliyeva da öz xoş arzularını bildirib və muzey əməkdaşlarına hədiyyələr təqdim ediblər.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, onlara can sağlığı, qadın səadəti və xoşbəxtlik arzulayır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.