27 sentyabr 2020-ci il tarixindən başlayaraq, Ermənistan silahlı bölmələri tərəfindən Ağdam rayonunun yaşayış məntəqələri raket, artilleriya qurğularından atəşə tutulmuş və nəticədə çoxsaylı dağıntılar baş vermişdir. Döyüş bölgəsinə yaxın olan Mahrızlı kəndi də raket zərbələrinin təsirindən çoxsaylı dağıntılara məruz qalmışdır. Qeyd edək ki, bu raket hissələrinin içərisində qadağan olunmuş reaktiv raketin başlıq hissəsi də var. Bu əşyalar Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrəti Müzeyinin direktoru Sahib Məmmədov tərəfindən toplanmışdır. Muzeyə gətirilən əşyalar içərisində erməni əsgərinə məxsus hərbi geyim, papaq, su qabı və qumbara qabı da var.
Materiallar Muzeyin elmi işçisi Sahibə Ələkbərovanın vasitəsilə Muzeyə təhvil verilib.
Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlığa görə Ağdam rayonu Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədova təşəkkürümüzü bildiririk.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.