Xəbər verdiyimiz kimi, Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgi keçiriləcək. Hal-hazırda bunula bağlı sərgidə hazırlıq işləri davam edir.
Qeyd edək ki, sərginin əsas məqsədi 44 günlük Vətən müharibəsini əks etdirməkdir. Bu məqsədlə müharibəyə aid bütün növ eksponatların toplanması işi, eyni zamanda müvafiq informasiya panelləri və stendlərin hazırlanması davam edir. Artıq 73 şəhidə və onlarla qaziyə aid eksponatlar muzeyə təqdim edilmişdir.
Eyni zamanda dövlət təşkilatları tərəfindən də çoxlu sayda eksponatlar təqdim edilmişdir. Onların sırasında Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, ANAMA tərəfindən təqdim olunmuş eksponatlar xüsusi qeyd olunmalıdır.
Həmçinin sərgidə döyüş əməliyyatları gedən bölgələrdən götürlmüş silah-sursat qalıqları, raket və mərmi fraqmentləri, düşməndən götürülmüş bir sıra qənimətlər nümayiş olunacaq.
Sərginin tərkib hissəsi kimi “Ermənistanın dövlət terrorizmi” adlı fotosərgi hazırlanmaqdadır. Burada altı yerli fotoqraf tərəfindən döyüş bölgələrində və işğaldan azad olunmuş torpaqlarda çəkilmiş fotoşəkillər təqdim olunacaq.
Muzey tərəfindən Vətən müharibəsi ilə bağlı hərbi geyimlər, sənədlər, fotolar, şəxsi əşyaların toplanılması davam etməkdədir.
Tezliklə sərgi tamaşaçıların ixtiyarına veriləcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.