XƏBƏRLƏR
06 Aprel, 2021
II Qarabağ müharibəsinin şəhidi, baş leytenant Azad Hümbətova məxsus materiallar Muzeyə daxil olub
Əslən Göyçə mahalının Daşkənd kəndindən olan Hümbətov Azad Arif oğlu 24 yanvar 1996-cı il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Nərimanov rayonunda yerləşən 291 saylı ekologiya liseyində alıb. Daha sonra H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olub, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib.
O, təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunub. Elə ilk günlərdən öz bacarığı və hərbi biliyi ilə bütün kollektiv arasında dərin hörmət qazanıb.
2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Bundan sonra o, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu.
A.Hümbətov peşəkarlığını artırmaq üçün 2020-ci il tarixində Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsini alıb.
Kursu müvəffəqiyyətlə başa vuran A.Hümbətov II Qarabağ müharibəsində ön sıralarda gedən zabitlərdən oldu.
Müharibə başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak etmiş və düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirmişdir.
Tank tağımı komandiri olan Azad Hümbətov dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb. Laçın istiqamətində gedən döyüşlərdə o, komandirlik etdiyi tankı ilə minaya düşür və yaralanır. A.Hümbətov ayağından aldığı qəlpə yarasına görə Beyləqan hospitalna göndərilir. Lakin iki günlük müalicədən sonra müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıdır. Onu da qeyd edək ki, döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir. 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə öz bölüyü ilə geri dönən zaman düşmən tərəfindən artilleriya atəşinə məruz qalır və ağır yaralanır. Təəssüf ki, xəstəxanaya çatana qədər gözlərini əbədi yummuş və şəhidlik zirvəsinə ucalmışdır. İkinci Fəxri Xiyabanda dəfn olunub.
İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə şəhid Hümbətov Azad Arif oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", “Füzulinin azad eilməsinə görə” və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidin materialları Muzeyin elmi işçisi Sahibə Ələkbərova vasitəsi ilə Muzeyə təqdim edilib.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.