1 may 2021-ci il tarixində Türkiyənin Samsun şəhərində II Beynəlxalq 1 May Sosial Siyasətlər Və Elmi Araşdırmalar konfransı (2. Uluslararası 1 Mayıs Sosyal Politikalar Ve Bilimsel Araştırmalar Kongresi) keçirilib.
Muzeyin Elmi kütləvi iş və təhsil şöbəsinin böyük laborantı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Elmira Əliyeva konfransda “Bakının azad edilməsi uğrunda diplomatik və hərbi mübarizə (1918-ci il)” adlı məruzə ilə çıxış edib. Məruzədə XX əsrin əvvəllərində Azərbaycanın müstəqillik qazanması, Azərbaycan Cümhuriyyətinin Bakı şəhərini azad etmək yolunda apardığı diplomatik və hərbi mübarizə, Türkiyənin Azərbaycan Cümhuriyyətinə göstərdiyi hərbi və siyasi dəstək barədə məlumatlar verilib, Bakı şəhərinin azad olunmasında başda Nuru paşa olmaqla Osmanlı ordusunun böyük fədakarlıq göstərdiyi qeyd olunmuşdur.
Konfrans iştirakçılarına sertifikat verilməsi və məruzələrin nəşri nəzərdə tutulub.