XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
16 May, 2021
Muzeydə "Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə" adlı intellektual proqram çərçivəsində tədbir keçiriləcək

Muzeydə 18 may Beynəlxalq Muzeylər günü və dahi şair, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq 20 may 2021-ci il tarixində saat 14.00-da "Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə" adlı intellektual proqramı çərçivəsində tədbir keçiriləcək.

Proqrama foto-slayd təqdimatı, rəsm ustad dərsləri, viktorina, furşed, muzeyə ekskursiya, foto-sessiya daxildir. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Tədbirdə 8-12 yaş arası uşaqlar iştirak edə bilərlər. Qeyd edək ki, iştirak ödənişlidir. Sizi maraqlı, əyləncəli sürprizlər gözləyir.

Qeydiyyat üçün (012) 4931134, (055) 6655257 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4