XƏBƏRLƏR
18 May, 2021
Muzey əməkdaşı "18 may - Beynəlxalq Muzeylər Günü" münasibətilə tədbirdə məruzə ilə çıxış edib
18 may 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsi və Bakı Dövlət Universitetinin Tarixi muzeyinin birgə təşkilatçılığı ilə “18 may - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov "Milli Azərbaycan Tarixi Muzeyinin yaranması və inkişafı tarixindən" adlı məruzə ilə çıxış edib. B.Kərimov Muzeyin təşəkkülü və inkişaf tarixi, fondları, sərgi və ekspozisiyası, Azərbaycan tarixin təbliğində və tədqiqində rolu haqqında məlumat verib.
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib
Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib. Mühazirə Milli ...
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonu...
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvə...
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror tədbirlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun elmi redaktorluğu ilə “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib
Bakıda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçir...