XƏBƏRLƏR
XƏBƏRLƏR -
21 May, 2021
Muzey əməkdaşları konfransda məruzə ilə çıxış ediblər

21 may 2021-ci il tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn elmi konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin iki əməkdaşı məruzə ilə çıxış etmişdir.

“Arxeologiya” elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “Qarabağın orta əsr maddi mədəniyyətinin təbliğində Şeyx Babı xanəgahının əhəmiyyəti” (həmmüəllif: t.ü.f.d. Alməmmədov X.), “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova isə “Qarabağın numizmatik irsi: Təzəkənd sikkə dəfinəsi” adlı məruzələrində faktiki tapıntılar əsasında Azərbaycanın orta əsr tarixi ilə əlaqədar məlumatlar işıqlandırılmışdır.