Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə “Şərqin ilk cümhuriyyəti” adlı onlayn tədbir keçirilmişdir.
Çoxsaylı iştirakçıların qatıldığı tədbirdə Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi Aygün Məmmədova “Azərbaycan Cümhuriyyətinin numizmatik faktları” və Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov “Üçrəngli bayrağımız “Anadır arzulara hər zaman Qarabağ” sərgisində (Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun materialları əsasında)” mövzusunda məruzələr etmişlər.
Slaydlar vasitəsi ilə müşayiət olunan məruzələr iştirakçılar və izləyicilər tərəfindən maraqla dinlənilib.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.