XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
04 İyun, 2021
Muzey əməkdaşı “Pandemiya dövründə elmi-tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masada iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin təşkilatçılığı ilə “Pandemiya dövründə elmi-tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə AMEA-nın strukturuna daxil olan elmi bölmə və elmi müəssisələrin, ölkənin nüfuzlu ali məktəblərinin kitabxana rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qarşılıqlı əməkdaşlıqda fəallıq göstərən qonaqlara, kitabxana rəhbərlərinə öz minnətdarlığını bildirib. M.Əliyev bir ildən artıqdır ki, davam edən pandemiya şəraitində MEK-in fəaliyyəti və vəzifələri haqqında danışıb. Bildirilib ki, bu müddət ərzində MEK alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi istiqamətində - biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və s. kimi xeyli işlər görüb.

Tədbir də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının müdiri İradə Qasımova da iştirak edib. Qeyd olunub ki, kitabxanalarda təhlükəsizliyin təmin olunması, oxucuların özünəxidmətinin həyata keçirə bilməsi üçün lazimi texnologiyaların quraşdırılması, resursların identifikasiyası, sifarişlərin idarə olunması, müxtəlif tərkibli hesabatların hazırlanması bu yöndə aparılan mühüm işlərdəndir.

Dəyirmi masada bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb və bir sıra təkliflər irəli sürülüb.