XƏBƏRLƏR
08 İyun, 2021
Muzeydə "Xarıbülbül - Qələbə rəmzi" adlı növbəti ustad dərsi keçirilib
Muzeydə "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgi çərçivəsində "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsi keçirilib. Ustad dərsi nəzəri hissədən və praktik dərsdən ibarət olub. Ustad dərsində Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Ustad dərsini giriş sözü ilə açan Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədova dərs iştirakçılarını salamlayıb, Xarıbülbül haqqında ətraflı məlumat verib. Sonra Muzeyin Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Gülay Bağırova Qarabağ xanlığı və Xanlığa aid olan Muzeydə qorunan eksponatlar haqqında ətraflı məlumat verib. Xarıbülbül çiçəyi haqqında bir hekayə danışılıb, haqqında sənədli film nümayiş olunub, çiçək şəkli ilə pazl yığılıb, uşaqlara Xarıbülbül çiçəyinin kağız üzərində düzəldilmə qaydası öyrədilib.
Sonra Xarıbülbül haqqında maraqlı faktlardan ibarət suallarla viktorina keçirilib və iştirakçılar sertifikat, hədiyyələrlə mükafatlandırılıb. Sonda isə Muzeyə və "Anadır arzulara hər zaman Qarabağ" sərgisinə ekskursiya təşkil olunub. Dərsdə istifadə olunan bütün materiallar Muzey tərəfindən təmin edilib. Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.
Qeyd edək ki, Ustad dərsi, karantin şəraitini nəzərə alaraq, məhdud sayda iştirakçı ilə keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib
Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib. Mühazirə Milli ...
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonu...
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvə...
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror tədbirlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun elmi redaktorluğu ilə “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib
Bakıda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçir...