XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
24 İyun, 2021
Muzey əməkdaşları beynəlxalq konqresdə çıxış ediblər

21-23 iyun 2021-ci il tarixində Türkiyənin Konya şəhərində Səlcuq və Aydın Universitetləri tərəfindən “XV Beynəlxalq türk sənəti, tarixi və folkloru” adlı onlayn konqres keçirilib.

Tədbirdə Muzey əməkdaşı t.ü.f.d. Əli Fərhadov "Erməni hərfli türkcə əsərlərdə təsəvvüfi motivlər" adlı məruzə ilə çıxış edib. Məqalədə qeyd olunub ki, Ermənistan və dünya arxivlərində saxlanılan erməni hərfli türkdilli əsərlərin öyrənilməsi qeyri-islami türk mədəniyyətinin və sufizmin, hürufiliyin ermənilərə təsirinin, xristian missionerliyinin tədqiqi baxımından əhəmiyyətlidir.

Daha sonra Muzey əməkdaşları t.ü.f.d., dosent Həbibə Əliyeva "Şirvanın türk-islam mədəniyyətini özündə təcəssüm etdirən məscidləri", Zülfiyyə Cəlilova isə "Azərbaycan türklərinin qədim yaşayış yeri olan İrəvanın tarixi inciləri dünya muzeylərində" adlı məruzələrlə çıxış edblər.

Həmçinin Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin əməkdaşı Fəridə Xəlilova “Azərbaycan məişətində qadının rolu” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan qadının məişətdəki yeri, ona münasibət və onun maddi və mənəvi mədəniyyətə töhvələri haqqında məlumat verilmişdir. 

Konqres materiallarının nəşri nəzərdə tutulub.