XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
08 İyul, 2021
II Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə görüş keçirilib

Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Vüsal Tahir oğlu Allahverdiyevin şəxsi əşyalarını Muzeyə təqdim etmiş ailə üzvləri ilə göruş keçirilib. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən Muzeyin Bərpa laboratoriyasının müdiri t.ü.f.d., dos. Afət Rüstəmbəyova onlara başsağlığı verib, səbir diləyib. Qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək. 

Şəhidin ailə üzvləri sərgini ziyarət etdikdən sonra Sərginin hazırlanması məqsədilə zəruri materialların toplanılması üçün göstərdiyi köməyə görə Vüsal Tahir oğlu Allahverdiyevin anasına təşəkkürnamə təqdim edilib. 

Qeyd edək ki, Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1995-2004-cü illərdə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004-2006-cı illərdə Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012-2015-ci illərdə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdürü vəzifəsində işləmişdir.

Şəhidin atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır. Ailədə 1 qardaş, 1 bacı idilər. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.

30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.


 

Təltifləri

  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For the distinction in battle medal ribbon.png (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)