M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə “Nuntia vetustatis” elmi məqalələr toplusu nəşr olunub.
Topluda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin müdiri, t.e.d., professor Əli Rəcəbli, həmin şöbənin b.e.i., t.ü.f.d. Aygün Məmmədova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun a.e.i., t.ü.f.d. İradə M.Nəcəfovanın həmmüəllifliyi ilə «Azərbaycanın Milli Azərbaycan Tarixi Muzeyindəki Oktavian Avqust dövrünün sikkə kolleksiyası məsələsinə dair» (rus dilində, Sankt-Peterburq, Aleteyya, 2021, с. 76 - 85) adlı məqalə nəşr edilmişdir.
Tarixçi-antikşünas, t.e.d., professor İya Leonidovna Mayakın (1922-2018) xatirəsinə həsr edilmiş beş bölmədən ibarət topluda qeyd edilən məqalə “Qədim Roma” bölməsinə daxil edilmişdir.
Məqalədə Azərbaycanın müxtəlif məkanlarında (Bərdə, Beyləqan, Qəbələ və s.) aşkarlanmış, hazırda Muzeyin Numizmatika Fondunda qorunan Oktavian Avqust dönəminə aid sikkələrin numizmatik tədqiqi əsasında Qafqaz Albaniyasının Romanın Şərq vilayətləri ilə ticarət əlaqələri araşdırılmışdır.