Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Muzeyin bərpa layihəsinin tərtib edilməsi və ekspozisiyasının qurulması işini həyata keçirən Mədəniyyət Nazirliyi tərəfindən muzeyin ekspozisiya planının tərtib edilməsinə AMEA Milli Azərbaycan Tarixi Muzeyi Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov cəlb olunmuşdur.
Ekspozisiya planı tərtib edilərkən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun xatirələri, tövsiyyə və məsləhətləri nəzərə alınmış, həmçinin 1982-1992-ci illərdə fəaliyyət göstərmiş ev-muzeyin tarixi fotoları cəlb edilmiş, məhşur xanəndə və musiqişünas alimin həyatı ilə bağlı faktlar, mövcud kino və fotomateriallar öyrənilmişdir. İki otaqdan ibarət olan ekspozisiyada ənənəvi və interaktiv vasitələrdən istifadə etməklə XIX əsrin sonu – XX əsrin əvvəllərinin ab-havası yaradılmış, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün həyat və fəaliyyəti, Azərbaycan mədəniyyətindəki rolu göstərilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.