Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya YOCOCU Assosiasiyasının təşəbbüsü ilə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” adlı onlayn beynəlxalq vebinar-konfransın materialları dərc olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının da məruzələri topluda yer alıb (Bakı-2021,imprint nəşriyyatı, 284 səhifə ). Muzeyin Baş direktoru ,akademik Nailə Vəlixanlının ”Fədakar arxeoloq” (səh.37-420), t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın “Professor Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan arxeoloji ekspedisiyalar və Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilen eksponatlar haqqında” (səh.135-139), t.ü.f.d., dosent Həbibə Əliyevanın “Şirvan abidələrinin aşkarlanmasında arxeoloq Qafar Cəbiyevin rolu”(səh.116-132), t.ü.f.d., dos. Nasir Quluzadənin “Orta əsr Ağsu şəhərinin kirəmitləri haqqında” (212-218), t.ü.f.d., dos. Gülzadə Abdulovanın “XVIII əsr Azərbaycan etnoqrafiyası”(səh.140-145) , t.ü.f.d. Afət Rüstəmbəyovanın “Polixrom üslublu "ay sırğalar" AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında”(səh.146-157) , t.ü.f.d. Aygün Məmmədovanın “AMEA Milli Azərbaycan Tarixi Muzeyi Ağsu rayonu ərazisində aşkarlanmış yeni numizmatik faktlar (Prof., Dr. Qafar Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar əsasında)”(səh.192-200), t.ü.f.d. Laçın Mustafayevin ”Qəbələ şəhərinin Qala abidəsində aparılan son illərin arxeoloji qazıntılarına dair” (səh.219-222) və Şəfa Mövsümovun “Qarabağda Kəbirli tərəkəmələrinin yaşayış yerləri və arxeoloji-etnoqrafik tədqiqatlar” (səh.226-231) adlı məruzələri də çap olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.