Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri Muzey əməkdaşı Sahibə Ələkbərovanın rəhbərliyi ilə “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində Cəbrayıl rayon Tarix- Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Qeyd edək ki, hazırda Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini Azərbaycan İstiqlal Muzeyində davam etdirir. Muzeyin nadir xalça nümunələri, qadın bəzəkləri və.s əşyaları İstiqlal muzeyinin Qarabağ zalında “Xilas olunmuş xəzinəmiz “ adı ilə nümayiş olunur. Könüllülərə Cəbrayıl rayon Tarix- Diyarşünaslıq Muzeyi haqqında, muzeyin direktor əvəzi Aytən Fətullayeva tərəfindən maraqlı məlumatlar verilmişdir.
31 avqust tarixində isə Muzeyin könüllüləri Qubadlı rayon Tarix -Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Daha sonra muzey haqqında könüllülərə maraqlı məlumat verilib. Bildirilib ki, 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olunan zaman, muzeyin eksponatları işğal zonasında qalaraq ermənilər tərəfindən vəhşicəsinə talan edilib.
Muzeyi ziyarət etdikdən sonra S.Ələkbərova gənc muzeyşünaslarla birgə qeyd olunan layihənin bir ənənə kimi davam etdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, S.Ələkbərova tərəfindən rayon Tarix-Diyarşünaslıq Muzeylərinin rəhbərlərinə Milli Azərbaycan Tarixi Muzeyi adından Muzeyin elmi nəşrləri təqdim edilib.
Ətraflı keçiddə: Layihələr
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.