XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
09 Sentyabr, 2021
Muzey əməkdaşı beynəlxalq simpoziumda çıxış edib

8-10 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Samsun şəhərində Ondoqquz May Universiteti tərəfindən "Sənətkarların görüşü" adlı onlayn formatda beynəlxalq simpozium və sərgi keçirilir.

Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sahibə Ələkbərova “Qarabağda ermənilər tərəfindən dağıdılmış muzeylərimiz: dünən və bu gün” ("Karabağda ermeniler tarafından tahrip edilen müzelerimiz, dün ve bugün") adlı məruzə ilə çıxış edib.

Məruzəçi, uzun illər erməni vandalları tərəfindən işğala məruz qalmış ərazilərimizdə yüzlərlə eksponatı dağıdılmış, yandırılmış, talan edilmiş muzeylərin acı aqibətindən bəhs edib. Həmçinin bildirib ki, Qarabağ maddi-mədəniyyət nümunələrini özündə əks etdirən muzeylərin təbliğ edilməsi və bu istiqamətdə elmi tədqiqatların və araşdırmaların aparılması muzeyşünasların  qarşısında duran ən önəmli vəzifələrdəndir.