Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun zəngin eksponantları içərisində rəssam L.F.Knitin yağlı boya ilə kətan üzərində işlədiyi “Yaylaqdan dönüş. Qarabağ” adlı əsəri böyük maraq doğurur (ölçüsü:254 x154).
Qeyd olunan əsər Qarabağın adət-ənənələrini, geyimlərini, məişət əşyalarını və s.bu kimi nümunələri, həm də bütöv Azərbaycan mədəniyyətini rənglərin harmoniyasında əks etdirə bilir.
Həmçinin rəssamın fondda saxlanılan digər unikal əsərləri də Azərbaycan mədəniyyətinin, tarixinin tədqiqi və incəsənəti baxımından mühüm əhəmiyyət kəsb edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.