Bu gün- 18 sentyabr Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri Müslüm Maqomayevin doğum günüdür.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda görkəmli bəstəkar M.Maqomayevin dirijor çubuğu mühafizə olunur. Çubuğun hər iki ucuna üzərində “M.Maqomayev” yazılmış metal lövhə bərkidilmişdir. Əşya, içərisi bənövşəyi məxmərlə örtülmüş qara qutuya yerləşdirilmişdir. Qutunun üzərindəki metal monoqramda rus dilində “Əziz Muslüm Maqomedoviçə müəllim dostlarından. 31.03.1930-cu il.” yazılmışdır.
M.Maqomayev "Şah İsmayıl" və "Nərgiz" operalarının müəllifidir. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır. O, üç yüzə yaxın Azərbaycan xalq rəqslərinin, mahnılarının və digər melodiyalarının simfonik şərhinin müəllifidir, həmçinin Üzeyir Hacıbəyov və Zülfüqar Hacıbəyov ilə birlikdə bir sıra Azərbaycan xalq mahnılarını nota salaraq işləmişdir.
Qeyd edək ki, muzeyin digər fondlarında da M.Maqomayevə məxsus materiallar yer alır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.