Diqqətinizə çatdırırıq ki, muzeydə yaradılan "H.Z.Tağıyev klubu” fəaliyyətini davam etdirir. Xatırladaq ki, bu klub 2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərir. Klubun əsas məqsədi dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəsli milli-mənəvi dəyərlərə sahib çıxmağa təşviq etməkdir.
Klubun əsas fəaliyyət istiqamətləri klub üzvlərinə və qonaqlara H.Z.Tağıyevin ev muzeyində əyani olaraq ekskursiyalar təşkil etmək, foto-slaydla seminar, mühazirələr, kvestlər və ustad dərsləri keçirməkdir.
Qeyd edək ki, klubun tədbirləri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən canlı və onlayn şəkildə keçiriləcək. 2021-ci il sentyabrın 21-dən etibarən kluba bütün yaş təbəqələrindən olan üzvlərin qəbulu elan edilir.
Kluba üzv olmaq istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər. 012-493-11-34; 055-665-52-57; 055734-76-64 Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi, H.Z. Tağıyev küç. 4.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.