XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
27 Sentyabr, 2021
Muzeydə II Vətən müharibəsi şəhidi Denis Əliyevə məxsus materiallar qorunur  

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, II Vətən müharibəsinin şəhidi Denis Əliyevə məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.

Milliyyətcə rus olan Denis Əliyev 1989-cu il mayın 26-da Bakı şəhərinin Xətai rayonunda anadan olub. 1995-2006-cı illərdə T. Bağırov adına 59 nömrəli tam orta məktəbdə təhsil alıb.

D.Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. D.Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı.

Qeyd edək ki, şəhid D.Əliyevə məxsus materiallar muzeyin əməkdaşı Nigar Əhmədova vasitəsilə Vətən müharibəsi fonduna təhvil verilib.

 

Təltifləri


 

  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.