Azərbaycan Silahlı Qüvvələrinin giziri,II Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərliyə məxsus materiallar Muzeyin Vətən müharibəsi fondunda mühafizə olunur.
İ.Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cu il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir.
4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli şəhid olmuşdur və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxartmışdır.
İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Şəhidin materialları ailəsi tərəfindən muzeyə təhvil verilib.
Təltifləri
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" adı (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.