3 hissədən - mühazirədən, kvest formasında qurulmuş oyundan və praktik dərsdən ibarət olan dərsin birinci hissəsində muzeyin Arxeologiya elmi-fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında mühazirə oxunub.
İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən intellektual kvest formasında oyun təşkil olunub. Üçüncü hissədə isə Şöbənin əməkdaşları - Lalə Məmmədova və Nigar Əhmədli tərəfindən şagirdlərə muzeydə qorunan qədim uşaq oyuncaqlarının oxşarının milli ornamentlərlə rənglənməsi öyrədilib.
Sonda Şöbə müdiri Fəridə Şəmsi tərəfindən şagirdlərə sertifikatlar təqdim olunub və H.Z.Tağıyevin ev muzeyinə ekskursiya ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.