XƏBƏRLƏR
20 Oktyabr, 2021
Muzey əməkdaşlarının həmmüəllif olduqları elmi məqalə ERIHPLUS indeksli beynəlxalq jurnalda çap olunmuşdur
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi t.ü.f.d., dos. T.Şiriyevin və Etnoqrafiya elmi fond şöbəsinin böyük elmi işçisi t.ü.f.d. S.Nəsirovanın həmmüəllif olduqları “About Some Religious Customs of Shii Muslims in Azerbaijan in the 19th Century” (“XIX əsrdə Azərbaycanda şiə müsəlmanların bəzi dini ənənələrinə dair”) adlı elmi məqalə Türkiyənin Sakarya Universitetinin ERIHPLUS indeksli “Akademik İncelemeler” beynəlxalq jurnalında dərc olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyində qorunan XIX əsrə aid bəzi dini məzmunlu materiallar (ələm, kəşkül, şərbətxor, namazılıq və s.) əsasında yazılmış məqalədə əsasən Azərbaycan xalqının məişət mədəniyyətində islam dininin rolu araşdırılmışdır. Həmçinin Məhərrəmlik (aşura) mərasimi və digər rituallar haqqında da məlumatlar verilmiş, qonşu xalqların islamla əlaqədar adət-ənənələri ilə müqayisələr aparılmışdır.
Qeyd edək ki, məqalədə Muzeyin Etnoqrafiya və Sənədli mənbələr fondlarının materiallarından istifadə olunmuşdur.
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...
Unikal baş bəzəyində Humay Ana simvolu
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim inancların və estetik düşüncənin nadir nümunələrindəndir. Şamaxın...
Muzeydə Ahıska Türklərinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi müzakirə edilib
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kur...
Muzeydə Albaniya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və s...