27-28 oktyabr 2020-ci il tarixlərində İkinci Vətən müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından bir il ötür. Həmin tarixdə düşmənin silahlı birləşmələri Bərdə şəhərində dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutmuşdur. Nəticədə 27 nəfər şəhid oldu, 70 nəfərdən artıq insan yaralandı.
Muzeydə nümayiş olunan II Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin bombardman edilməsini əks etdirən fotokompozisiya Ermənistanın dövlət terrorizmini bir daha sübut etmiş olur.
Qeyd edək ki, fotokompozisiya Azərbaycanın 44-günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin çərçivəsində hazırlanmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.