8-10 noyabr 2021-ci il tarixlərində AMEA və Türkiyənin IKSAD təşkilatı tərəfindən "Zəfər günü” və şəhidlərin əziz xatirəsinə həsr edilmiş "Qarabağ. Sosial və bəşəri elmlərdə modern araşdırmalar" (“Karabakh İnternational Congress of Modern studies in social and human sience”) adlı beynəlxalq konfransda Milli Azərbaycan Tarixi Muzeyinin "İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova və Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova iştirak etmişlər.
Onlayn formatda keçirilmiş beynəlxalq konfransda S.Ələkbərova "Qarabağ müharibəsinin muzeylərə təsiri (işğaldan azad edilmiş rayon muzeylərinə baxış) adlı məruzəsi ilə çıxış etmişdir. S.Ələkbərova çıxışında işğaldan azad olunmuş ərazilərimizdə vaxtilə erməni vandalları tərəfindən minlərlə (102 min 757 ) eksponatı dağıdılmış, yandırılmış, talan edilmiş muzeylərin acı aqibətinin muzeyşünasları narahat edən danılmaz faktor olduğunu bildirib.
Daha sonra Z.Cəlilova “XIX-XX əsrin əvvəllərində İrəvanda məhv edilmiş abidələr (MATM materialları əsasında)” adlı məruzə ilə çıxış etmişdir. Z.Cəlilova İrəvanda XIX əsrin sonu XX əsrin əvvəllərində mövcud olmuş tarixi memarlıq abidələri haqqında danışmış, onların sonrakı taleyi barədə məlumatlar vermişdir. Məruzədə qeyd olunan abidələrin muzeyin Sənədli mənbələr fondunda saxlanılan fotolarından istifadə olunmuşdur.
Konfrans iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.