Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Samir Sabir oğlu Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli кəndində anadan olub. 1999-2008-ci illərdə Ə.Məmmədov adına Salmanbəyli кənd tam orta məкtəbində, 2008-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Ailəsinin verdiyi məlumata əsasən, Samir Mikayıllıya Şuşada göstərdiyi igidliyə görə 8 noyabrda kapitan rütbəsi vaxtından əvvəl verilib. 2020-ci il noyabrın 9-u minamyot qəlpə yarasından, qanaxmadan şəhid olub, 11 noyabr Ağcabədi rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Materiallar Muzeyə şəhidin yaxın qohumu, Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümlü vasitəsi ilə təhvil verilib.
Dövlət təltifləri:
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)