XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
18 Noyabr, 2021
Vətən müharibəsinin şəhidi mayor Xəyal Məmmədova məxsus materiallar muzeyin Vətən müharibəsi fondunda qorunur

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Məmmədov Xəyal Ağabəy oğlu 18 noyabr 1986 -cı ildə Şəki şəhərində anadan olub. 1993-2001-ci illərdə Şəki şəhər 5 nömrəli tam orta məкtəbdə, 2001-2004-cü illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə, 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində təhsil almışdır. Hərbi xidməti dövründə Türkiyə və Albaniya dövlətlərində hərbi təlimlərdə iştirak etmişdir.

Mayor Xəyal Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmçinin yaralı hərbçiləri döyüş meydanından çıxarmışdır. Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olmuş və Şəki şəhərində dəfn edilmişdir.

X.Məmmədov "Azərbaycan Respublikasın Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (2013-cü il), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (2015-ci il),  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (2018-ci il),  "Vətən uğrunda" medalı (ölümündən sonra), 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra), "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.

Qeyd edək ki, mayor Xəyal Məmmədovun 2020-ci il oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məкtubu və şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur. Məktubda qeyd olunur (olduğu kimi): “Mən gedirəm vətəni qorumağa. Müqəddəs vəzifəmin icrasına. Ailəm və övladlarım Allaha əmanət olsun. Hər kəs haqqını halal etsin. Vətən sağ olsun”.

Təltifləri


 

  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2018) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • Медаль "100 лет (1918-2018) Азербайджанской Армии".png (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For service to the Fatherland order ribbon.png (15.12.2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)