XƏBƏRLƏR
22 Noyabr, 2021
Milli Azərbaycan Tarixi Muzeyində Fikrət Əmirova məxsus materiallar qorunur
Bu gün bəstəkar Fikrət Əmirovun anadan olmasından 99 il ötür. SSRİ Xalq artisti, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabr ayının 22-də Gəncə şəhərində, məşhur tarzən və xanəndə ailəsində anadan olmuşdur. Əvvəlcə Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbinin kompozisiya sinfində təhsil almışdır. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Müharibə başlayanda cəbhəyə getmiş, yaralanandan sonra isə Bakıya qayıtmışdır.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərinə görə Fikrət Əmirov 1965-ci ildə SSRİ, 1958-ci ildə isə Azərbaycan SSR-in “Xalq artisti”, 1982-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görülmüşdür. SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı olmuş, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1967, 1971), iki dəfə “Lenin” ordeni (1959, 1982) ilə təltif olunmuşdur.
Qeyd edək ki, Fikrət Əmirova məxsus təqdim olunmuş materiallar muzeyin Fotoneqativ və muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda ("Sevil" operasının proqramı və not dəfətri) qorunur.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.