Azərbaycan Silahlı Qüvvələrinin polkovniki şəhid Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-1997ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil almışdır. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa təhlükəsizlik mərkəzində kurs keçmişdir. Həmin il Hərbi polisin xüsusi təyinatlı taborunda komandir müavini vəzifəsinə təyin olunub. 2015-ci ildə 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Babək Səmidli 2016-cı ildə tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və qarşısına qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Babək Səmidli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında Suqovuşan qısa müddət ərzində işğaldan azad edilib. Noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Babək Səmidli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin
Şəhid Babək Səmidliyə məxsus materiallar muzeyin Vətən müharibəsi fondunda qorunur.
Təltifləri
- (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- (26.06.2002) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26.06.2007) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2012) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (20.04.2016) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (26.06.2017) — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
- (25.06.2018) — "Hərbi xidmətlərə görə" medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (28.05.2019) — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
- (09.12.2020) — "Zəfər" ordeni (ölümündən sonra)
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)