XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
07 Dekabr, 2021
Vətən müharibəsinin şəhidi, mayor Şixamir Qaflanovun şəxsi əşyaları muzeyin Vətən müharibəsi fondunda qorunur

Bu gün Vətən müharibəsinin şəhidi, mayor Şixamir Oruc oğlu Qaflanovun doğum günüdür. Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur. 1993-2004-cü illlərdə Zaqatala rayonu Dombabinə kənd tam orta məktəbində təhsil almışdır.

Tam orta təhsilini başa vurduqdan sonra Şixamir Qaflanov, 2005-ci ilin yanvar ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına qədər Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət etmişdir. 2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Şıxamir Qaflanov, bir müddət sonra — 2007-ci ilin aprel ayında Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləməyə başlamışdır. Ş.Qaflanovun əsas arzularından biri Daxili Qoşunlarının zabit olmaq idi. Buna görə də o, 2008-ci il ildə Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə "leytenant" hərbi rütbəsi alaraq təhsilini başa vurmuşdur. Leytenant Şixamir Qaflanov 2010-cu ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam etmişdir. Həmçinin 2012 və 2019-cu illərdə Türkiyənin İzmir şəhəri "Foça Jandarma Komando Eğitim Komutanlığı"nda hərbi təhsil almışdır.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olmuş Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birlikdə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənmişdir. Döyüş yoldaşları arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Şixamir Qaflanov oktyabrın 19-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.  Ş.Qaflanovun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib, digər qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir. Ailəli idi. Dörd aylıq Mədinə adında bir qızı yadigar qalmışdır.

Şixamir Qaflanovun şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.

Təltifləri


 

  • Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png (26.06.2018) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • Qüsursuz xidmətə görə III dərəcəli medalı - lent.png (26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • AZ Hero of the Patriotic War med rib.png (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" adı (ölümündən sonra)
  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)