Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsinin şəhidi Surxay Zülfi oğlu Mehdiyevin bu gün doğum günüdür. Surxay Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. 1993-cu il 23 iyul tarixində Ağdam rayonu işğal olunan zaman ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmış və 1993-2004-cü illərdə tam orta təhsil almışdır.
Baş çavuş Surxay Mehdiyev 26.06.2020-ci il tarixində ”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
2020-ci ildə təlimlərə qatılan Surxay sentyabrın 27-si başlanan Vətən müharibəsində ön sıralarda iştirak etmişdir. Cəbrayıl, Hadrut, Qubadlı və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Surxay Mehdiyev oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Surxay Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı , “Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid Surxay Mehdiyevin şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Təltifləri
(26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.