XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
16 Dekabr, 2021
Muzey əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

15 dekabr 2021-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində “Uzbek-Turkish Relations in the Mirror Of History (Ancient Times, Middle ages and Modern Times)” adlı beynəlxalq konfrans keçirilmişdir.

Onlayn formatda keçirilən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva “Azerbaycanda Türk-İslam kültürünün öğrenilmesi tarihine dair” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda Türk İslam mədəniyyətinin formalaşması, təşəkkülü prosesi, bu prosesə töhfə verən azərbaycanlı ziyalılar haqqında məlumat verilib.

Məruzədən sonra verilən suallar ətraflı cavablandırılıb və iştirakçılara sertifikat təqdim olunub. Konfrans materialları nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.