Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın anadan olmasının 60-cı ildönümüdür.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında düşmən tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində şəhidlik zirvəsinə ucalaraq Milli Qəhrəman adını qazanan bir çox vətən övladının materialı mühafizə edilir. Onların arasında Salatın Əsgərovanın da xüsusi yeri var.
ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki News muzeyinin önündə şəhid jurnalistlərin siyahısı olan lövhədə qəhrəman müxbirlərimiz Salatın Əsgərova və Çingiz Mustafayevin adları çəkilmişdir. Həmin lövhənin təqdim olunan fotoşəkilləri muzeyin Sənədli mənbələr fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.