16 dekabr 2021-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov Qərbi Kaspi Universitetinin Tarix ixtisasının tələbələrinə "İslam Arxeologiyası dövrü keramikası" mövzusunda mühazirə oxumuşdur. Mühazirədə İslam arxeologiyası anlayışı, keramika tipləri haqqında geniş məlumat verilmişdir. Şirli keramika nümunələrinə xüsusi yer verilərək, ölkəmizin müxtəlif abidələrindən tapılmış fayans, zərfayans, seladon və digər saxsı məmulatlarının elmi əhəmiyyəti vurğulanmışdır. Bununla yanaşı tələbələri maraqlandıran sualları da cavablandıran M. Ağalarov, onlara Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edərək bir çox arxeoloji materialla birbaşa tanış olmağa dəvət etmişdir.
Qeyd edək ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası və Qərbi Kaspi Universitetinin Tarix kafedrası tərəfindən təşkil edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.