14 -16 dekabr 2021-ci il tarixində Türkiyənin Uşak Universitetinin təşkilatçılığı ilə Antalya AKEV Universiteti, Karabük Universiteti və Afyon Kocatepe Universiteti ilə birgə onlayn formatda “Uluslararası Zanaattan Sanata Kongre ve Jürili Karma Sergisi 2021” beynəlxalq konfransı keçirildi. Beynəlxalq konfransda Azərbaycanla yanaşı, Türkiyə, Bosniya, İran, Gürcüstan, Rusiya, Qazaxstan və Makedoniyanın bir sıra elmi-tədris müəssisələrinin alimləri iştirak ediblər.
Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Şirvanın islam epiqrafik abidələri ( XI-XVIII əsrlər)” adlı məruzə ilə çıxış edib. H.Əliyeva çıxışında islama qədər və islamdan sonrakı dövrlərə aid memarlıq və memorial epiqarfik abidələrimiz haqqında geniş məlumat verib. Məruzə maraqla dinlənilib və dinləyicilər tərəfindən verilən suallara dolğun cavablandırılıb.