XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
30 Dekabr, 2021
Muzeydə “Xarıbülbül – Qələbə rəmzi” adlı dəfilə keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Vətən müharibəsində Zəfərin 1-ci ildönümünə və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xarıbülbül – Qələbə rəmzi” adlı dəfilə keçirilib.

Dəfilə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcılığını Azərbaycan Dövlət Akademik Dram Teatrının gənc aktyoru Ümid Ziya edib. Sonra Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müəllimləri- Cabir Rzayev və Lalə İsmayılovanın şagirdlərinin ifasında “Dağlar gözəli” kompozisiyası təqdim edilib. 

Daha sonra 21 uşağın təqdimatında dəfilə nümayiş olunub. Uşaqların geyimlərində Xarıbülbül təsviri yer alıb. Sülh rəmzli- göyərçin obrazında iştirakçının səhnəyə çıxışı ilə dəfilə sona çatıb.

Dəfilə nümayişini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq Çalğı Alətləri sinfinin 1-ci kurs tələbələri müşayiət edib. Sonda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi İsmayıl Qədirlinin anası Tamilla Hüseynovaya tədbir iştirakçılarından olan Mobil İbrahimov tərəfindən Muzeyin və “Xarıbülbül parfumeriya” butikinin hədiyyəsini təqdim edilib.

Şəhid anası Tamilla Hüseynova Milli Azərbaycan Tarixi Muzeyi adından iştirakçılara hədiyyələr və təşəkkürnamələr təqdim edib.