XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
10 Yanvar, 2022
Vətən müharibəsinin şəhidi Elmir Məmmədovun şəxsi əşyaları muzeyə təhvil verilib

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Elmir Arzu oğlu Məmmədovun materialları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Elmir Məmmədov həmin gün-27 sentyabr şəhid olub.  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Həmçinin 8 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin əmrinə əsasən Elmir Məmmədov ölümündən sonra "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" yubiley medalı ilə təltif edilmişdir.

Qeyd edək ki, şəhid Elmir Məmmədovun şəxsi əşyaları dayısı tərəfindən muzeyin Vətən müharibəsi fonduna təhvil verildi. Şəhidin dayısı hərbi xidmət zamanı Elmir Məmmədovun şəxsən yazdığı məktubu da muzeyə təhvil verəcəyinə söz verdi.

Təltifləri:


 

  • AZ For The Fatherland medal ribbon (2nd version).png (15.12.2020) — "Vətən uğrunda" medalı
  • AZ For the distinction in battle medal ribbon.png (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)
  • AZ For liberation medal ribbon.png (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)