AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən “Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında tarixi-mədəni irsimizin əksi” adlı layihə çərçivəsində silsilə görüşlərin keçirilməsinə start verilib.
Belə ki, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları - Qənirə Qafarlı və Kubra Dadaşova tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində fəalliyyət göstərən Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) “Gənc diyarşünas” dərnəyinin dəvəti ilə liseydə mühazirə təşkil olunub.
Qənirə Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında tarixi-mədəni irsimizin əksi" mövzusunda mühazirə deyib. Slaydlarla müşayiət olunan mühazirədə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən materiallar haqqında, həmçinin muzeyin ekspozisiyası və fondları haqqında ətraflı məlumat verilib.
Mühazirə şagirdlərin yaş qrupuna uyğun olaraq 2 mərhələli təşkil olunub, şagirdlər və müəllimlər tərəfindən məmnunluqla qarşılanıb. Sonda adı çəkilən dərnəyin rəhbəri Aynurə Həsənova bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, muzey-məktəb əlaqələrinin intensivliyinin vətənpərvər nəslin böyüməsində mühüm rol oynadığını qeyd edərək, muzey əməkdaşlarına öz təşəkkürünü bildirib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.