XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
21 Yanvar, 2022
Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlının yeni kitabı işıq üzü görüb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlının “Zəngəzur-ərəblərdən monqollaradək” (Bakı: Təhsil, 2021,264 s.) adlı yeni kitabı işıq üzü görüb.

Müxtəlif dilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu kitab tarixi Azərbaycan ərazisinin bir hissəsi olan, XIV yüzildən Zəngəzur adlandırılan bölgənin ərəb və monqol işğalları arasındakı altı əsrlik dövrünün tədqiqinə həsr edilmişdir. Tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə, erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddialar, yanlış mülahizə və fikirlər təkzib olunmuş, həmin dövrdə Qafqaz Albaniyasının vilayətlərindən olan, Zəngəzur bölgəsinin böyük hissəsini əhatə edən Sünikin (Sisəcan, Sisakan) siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlər araşdırılmışdır.