19 yanvar 2022-ci il tarixində Muzeyin Vətən müharibəsi fondunu müdiri Şəfa Mövsümov Gənclərin İnkişafı və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisi kimi" adlı tədbirdə çıxış edib. Ş.Mövsümov 20 Yanvar hadisələri və faciənin qurbanları barədə tədbir iştirakçılarına məlumat verdi. Həmçinin gənc tədqiqatçı Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondunun fəaliyyətindən və muzeydə keçirilmiş 20 yanvar faciəsinə aid tədbirlər barəsində də danışdı.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.